Bir müddət əvvəl futbol dünyasını "silkələyən" Avropa Super Liqası turniri ilə bağlı yeni açıqlama verilib.
Offsideplus.az xəbər verir ki, məsələni yenidən "Barselona" klubunun prezidenti Xuan Laporta "alovlandırıb". Belə ki, Kataloniyanın "Esports3" televiziyasında qonaq olan 59 yaşlı funksioner sözügedən layihənin hazırda da gündəmdə olduğunu və UEFA-nın bu turniri əngəlləmək üçün heç bir şey edə bilməyəcəyini deyib.
O, 3 klubun - "Real", "Yuventus" və "Barselona"nın Avropa Super Liqasına hələ də tam dəstək nümayiş etdirdiyini dilə gətirib.
"Bu layihənin həyata keçirilməsini əngəlləmək istəyən UEFA heç bir şey edə bilməz. İngiltərə klublarına edilən yatırımlar nəticəsiz qaldı. Bu turnir klublara önəmli faydalar verməklə yanaşı dünyanın ən maraqlı futbol yarışı olacaq", - deyə Laporta bildirib.