Fransalı futbolçu Samuel Umtiti İspaniyanın "Barselona" ilə müqaviləni ləğv etmək niyyətində deyil.

Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi başqa klublardan transfer təklifi almayıb.  "Barselona" isə Umtitini havayı buraxmağa da hazırdır.

Qeyd edək ki, fransalı oyunçu "Barselona"ya 2017-ci ildə ölkəsinin "Lion" komandasından 25 milyon avro qarşılığında keçib. O, 2018-ci ildə millinin heyətində dünya çempionu olub.