İspaniya La Liqasının II turunda "Real" "Levante" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun heyətində 5-ci dəqiqədə Qaret Beyl fərqlənib. Bu uelsli futbolçunun 578 gün sonra "Real"da vurduğu ilk qol olub. 

Beyl sonuncu dəfə 2020-ci ilin 22 ynvarında İspaniya kubokunda "Unionistas"a qarşı oyunda qol vurmuşdu.

Qeyd edək ki, "Levante" - "Real" matçı 3:3 hesabı ilə yekunlaşıb.