"Real" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kral klubu" belçikalı qolkiperlə yeni sözləşmə imzalayıb. 29 yaşlı qapıçı 2026-cı ilin yayınadək "Real"ın formasını geyinəcək.

Qeyd edək ki, Kurtua 2018-ci ildən Madrid klubunun şərəfini qoruyur.