Ulduz futbolçu Anxel Di Mariya Leo Messinin PSJ-yə keçməsindən sonra Serxio Aqueronun özünü çox pis hiss etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı vinger bu barədə "TyC Sports"a danışıb.
"Aquero özünü öldürmək istəyir", - deyə Di Mariya gülərək deyib.
"Bütün bunlardan savayı, daha pisi onun zədələnməsi və bir müddət yaşıl meydanlardan uzaq qalmasıdır. Bu çox kədərlidir".
Di Mariya Kriştiano Ronaldonun PSJ-yə mümkün transferi haqda da açıqlama verib: "Məncə, Kriştiano burada olmadığı üçün özünü öldürmək istəyir. PSJ-nin sahib olduğu futbolçuların keyfiyyəti və sayı bənzərsizdir. Adətən klublarda belə şey olmaz və böyük oyunçular hər zaman ən yaxşılarla oynamaq istəyər. Əminəm ki, Kriştiano burada olmaq istəyərdi, amma klub Messini gətirdi və şansa bax ki, o daha yaxşıdır".