"Real"ın prezidenti Florentino Peres klubu başqa liqaya köçürmək istəyir.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki,  "Kral klubu" La Liqadan ayrıla bilər. Buna səbəb klubun La Liqadan məmnun olmaması və prezident Xavyer Tebasın "CVC Partners" şirkəti ilə 50 illik müqavilə imzalamasıdır. Müqaviləni rədd edən 4 klub "Real", "Barselona", "Atletik Bilbao" və Sequndadan "Real Oviedo" şirkətdən gəlir payı ala bilməyəcək, "CVC Partners" isə qarşılığında bu 4 klubun yayım gəlirlərinin 10%-ni əldə edə bilməyəcək.

"Real" üçün yeni çempionat axtarışında olan Peres İngiltərə Premyer Liqasını bəyənir. 74 yaşlı funksioner İngiltərə klublarının La Liqaya nisbətən yayımdan daha çox gəlir əldə etdikləri üçün bu liqaya üstünlük verir.

Qeyd edək ki, daha sonra klubun rəsmi saytı "Mundo Deportivo"nun yaydığı bu məlumatın saxta olduğunu açıqlayıb.