La Liqa nəhəngi "Barselona" "Kayserispor"un futbolçusunu transfer etmək istəyir.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı Emre Demir üçün rəsmi təklif göndərib. "Kayserispor" gənc yarımmüdafiəçi üçün 2 milyon avro tələb edir.  İspaniya klubu bu məbləği ödəməyə razı olarsa, Emre ilə 5 illik müqavilə imzalayacaq.

 Qeyd edək ki, "Kayserispor"un akademiyasında yetişən Emre Demir 3 mövsümdür əsas komandada forma geyinir. 2004-cü ilin 15 yanvarında dünyaya gələn Emre, 2 mövsüm əvvəl 15 yaşında vurduğu qolla Super Liqa tarixində qol vuran ən gənc futbolçu olmuşdu (15 yaş 9 ay 25 gün).