"Real" gələn il müqaviləsinin müddəti başa çatacaq İskonu satmağa hazırlaşır.
Offsideplus.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "Kral klubu" 29 yaşlı yarımmüdafiəçini "Milan"a satmağı planlaşdırır. Rəhbərlik ispaniyalı futbolçu üçün 18 milyon avro tələb edir.
Lakin hazırda 6,5 milyon avro maaş alan İskonun tələblərini qarşılaşamaq "Milan" üçün çətin olacaq.
Qeyd edək ki, İsko 2013-cü ildən "Real"ın formasını geyinir.