2020/21 mövsümü Eremi Pino üçün enişli-yoxuşlu bir sezon olub.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, mövsümün başlanğıcında koronavirusa yoluxaraq yaşıl meydanlardan uzaq qalan 18 yaşlı vinger, sonradan Avropa Liqasının ən gənc çempionu olaraq sezonu yüksək göstərici ilə başa vurub. Bununla da o, Robin Van Persinin uzun müddət davam edən rekordunu 18 yaş 218 günlük göstərici ilə qırıb.

WhatsApp Image 2021 08 01 at 10.05.28 1

Gənc olmasına baxmayaraq Eremi, "Vilyarreal"ın Avropa Liqasında keçirdiyi 14 matçından 9-da iştirak edərək, "Sarı Sualtı Qayığ"ın ilk böyük kubokunu qazanmasında böyük rol oynayıb. Pino Avropa Liqasının qrup mərhələsində "Sivasspor"a qarşı oyunda etdiyi debütündən final mərhələsində "Mançester Yunayted"lə oyuna start heyətdə başlamağa qədər irəliləmə göstərib. 

"Qarabağ"la görüşdə fərqlənsə də, Ereminin komandaya ən önəmli töhfəsi yarımfinalda "Arsenal"a qarşı cavab oyununda olub. Belə ki, Unay Emeri matçın 30-cu dəqiqəsində zədələnən Samuel Çukvuesenin əvəzinə meydana Pinonu çıxardı. İlk oyunda 2:1 hesablı qələbə qazanan "Vilyarreal"a finala yüksəlmək üçün qolsuz bərabərlik lazım idi. 18 yaşlı futbolçu gərgin anlarda müdafiə xəttindəki təzyiqin azaldılmasında komandasına yardım etdi. 

WhatsApp Image 2021 08 01 at 10.05.28 2

Ereminin 2020/21 sezonunun sonlarında İspaniya təmsilçisinin ən önəmli oyunçularından biri olduğunu deməyimiz yanlış olmazdı, hətta "Real"a qarşı La Liqa matçında da qola imza atmağı bacarıb. Koronavirus səbəbindən mövsümün əvvəlini buraxmasaydı, daha yaxşı başlanğıc keçirə bilərdi.

Ehtiyatda başlasa, bəzən ehtiyatda qalsa da Eremi həmişə meydana çıxdığı an sahib olduğu bütün enerjini ortaya qoyur. Oyun tərzi həm təzyiq dolu, həm də səlisdir; vinger olaraq isə keçmiş məşqçiləri tərəfindən "küçə futbolçusu" kimi təsvir olunur. Kanar Adalarının Las Palmas şəhərində böyüyən gənc ulduz, futbol oynamağın sirlərinə bu şəhərin küçələrində yiyələnib.

WhatsApp Image 2021 08 01 at 10.05.28 4

Klubun dünya səviyyəli bazalarında bacarıqlarını inkişaf etdirən Eremi, Unay Emeri kimi mütəxəssisin nəhəng qarşılaşmalarda ona güvənəcəyi bir nöqtəyə çatıb. Bu cür performanslar sayəsində o, 21 yaşa qədər futbolçulardan ibarət Avropa Çempionatında İspaniyanın U21 millisində forma geyinməyi bacarıb. Eremi Pino bu ilin "Qızıl Oğlan" mükafatı üçün 100 namizəddən ibarət siyahıda da yer alıb.

WhatsApp Image 2021 08 01 at 10.05.28 5

WhatsApp Image 2021 08 01 at 10.05.28 6