"Barselona"nın futbolçuları Antuan QrizmannFilippe Koutinyonun komandadakı gələcəyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu Kataloniya klubunda qalacaq. Komandanın baş məşqçisi Ronald Kuman rəhbərliklə görüşündə Qrizmannın və Koutinyonun komandada qalmasını istədiyini bildirib.

Qrizmannın adı "Atletiko" ilə yanaşı çəkilirdi. 

Koutinyonun "Barselona" ilə müqaviləsi 2023, Qrizmannın isə 2024-cü ilədək nəzərdə tutulub.