"Tottenhem"də icarə əsasında keçirdiyi 1 ildən sonra Qaret Beyl "Real"a qayıdıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu "Kral klubu"nda ikonik "11" nömrəli formasını geyinə bilməyəcək. Belə ki, Marko Asensio ötən mövsümdən bəri bu nömrə altında çıxış edir.

Beyl "16" və ya "14" nömrəli formalardan birini geyinəcək. Belə ki, Rafael Varanın gedişindən sonra Kazemiro "14"ü "5"ə dəyişməyi planlaşdırır.