Bir müddət öncə Antuan QrizmannUsman Dembelenin yaponiyalı otel işçilərinə qarşı irqçilik etdiyi video sızdırılmışdı.

Offsideplus.az xəbər verir ki, bu video bəzi yapon şirkətlərinin qəzəbinə tuş gəlib. Belə ki, "Konami" Fransa millisinin üzvü ilə bağladığı müqaviləyə xitam verib. Kompüter, oyuncaq və əyləncə sektorunda fəaliyyət göstərən şirkət əməkdaşlıq etdiyi "Barselona"dan da bu məsələ ilə bağlı ölçü götürməsini tələb edib. 

 Bundan əlavə, "Konami"dəki durumun ciddiyyəti "Barsa"nın əsas sponsoru "Rakuten"lə müqayisədə heç nədir. 2019-cu ildə mövsüm başlamadan öncə xüsusi tur təşkil edən bu şirkət Kataloniya təmsilçisinin maliyyə cəhətdən çətinlik çəkdiyi zaman vacib gəlir mənbəsi olmuşdu.

Qeyd edək ki, "Barselona" rəsmi saytında yapon dilində üzr məktubu yayımlayıb və bu məsələ ilə bağlı lazımi ölçü götürəcəklərini açıqlayıblar.