"Real" 2021-22 mövsümü üçün hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" Şotlandiyanın "Reyncers" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırlıq matçı üçün Qlazqo şəhərinə yollanacaq.

Qeyd edək ki, iyulun 25-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.