"Real" 2021-22 mövsümündən öncə "Tottenhem"lə yoldaşlıq matçına çıxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb Qaret Beylin 2013-cü ildə "Tottenhem"dən "Real"a keçidi zamanı iki klub arasında bağlanan müqavilədir. Belə ki, müqavilənin şərtlərindən birində "Kral klubu"nun şimali London təmsilçisi ilə hazırlıq oyunu keçirəcəyi qeyd olunub. Buna görə də Ançelottinin komandası "Uembli stadionu"na səfər etməli olacaq.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirən Qaret Beylin karyerasını harda davam etdirəcəyi sual altındadır. 31 yaşlı vingerə MLS klublarından da təkliflər var.