"Barselona" 2 futbolçusu ilə vidalaşmaq istəyir.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, onlar Samuel Umtiti və Miralem Pyaniçdir. Bu iki oyunçu baş məşqçi Ronald Kumanın planlarına uyğun deyil.
Qeyd edək ki, Kataloniya təmsilçisi Pyaniçi keçən yay 60 milyon avroya "Yuventus"dan heyətinə qatmışdı. 31 yaşlı yarımmüdafiəçi "qırmızı-göylər"in heyətində La Liqada cəmi 13 oyuna çıxıb.
2016-cı ildə "Lion"dan transfer olunandan bəri start "11-lik"də özünə yer edə bilməyən 27 yaşlı Umtiti isə, 2020-21 mövsümündə 13 liqa oyununda iştirak edib.