Niderland millisinin hücumçusu "Barselona"ya keçməyə yaxındır.
Offsideplus.az "Sport.es"ə istinadla xəbər verir ki, "Lion"un şərəfini qoruyan Memfis Depay həmyerlisinin rəhbərliyi altında oynamaq istəyir. Ronald Kumanın da sərəncamında görməkdə həvəsli olduğu Depayla həftəiçi müqavilə bağlanacağı gözlənilir.
Mənbənin məlumatına görə, 27 yaşlı forvard "Barsa" ilə 3 illik anlaşmaya imza atacaq, illik qazancı 5 milyon avro olacaq.
Qeyd edək ki, vaxtilə "Mançester Yunayted"in də formasını geyinmiş futbolçu ötən mövsüm "Lion"un heyətində 40 oyunda 22 qol vurub.