“Sportinq”in azarkeşləri komanda üzvlərinə hücum ediblər.
Offsideplus.az qol.az-a istinadən xəbər verir ki, 50 nəfər klubun bazasına hücum çəkib.
Onlar baş məşqçi Jorje Jezusu, futbolçulardan Vilyam Karvalyu, Ruy Patrisiu və Bas Dostu təhqir ediblər.
Fanatlar kəmər, məşəl və metal əşyalarla komanda üzvlərinə xəsarət yetiriblər. Nəticədə Bas Dost başından ciddi zədə alıb. Xəsarət alanlar sırasında Yosip Mişiç və Rodriqo Battalya da var.