"Yuventus"dan ayrılan Canluici Buffon La Liqa klubundan gələn təklifi geri çevirib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı qolkiper "Barselona"nın transfer təklifini rədd edib. Buna səbəb, italiyalı oyunçunun növbəti klubunda əsas qapıçı olmaq istəməsidir.

Qeyd edək ki, 2020-21 mövsümünün sonunda Turin təmsilçisi ilə vidalaşan Buffon, hazırda azad agentdir.