"Mançester Siti"dən Serxio Aqueronu heyətinə qatan "Barselona" daha bir neçə futbolçunu hədəfləyib.

Offsideplus.az "Diario Sport"a istinadla xəbər verir ki, katalonlar "Siti"nin daha 2 futbolçusu - Riyad Mahrezİlkay Gündoğanı transfer etmək istəyindədir. "Sky Sport"un əməkdaşı Matteo Moretto isə "Barsa"nın Rahim Sterlinqlə yaxından maraqlandığını yazıb. İspaniya təmsilçisinin bu 3 futbolçu ilə bağlı ingilislərə təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, adları çəkilən futbolçuların hər birinin "Mançester Siti" ilə müqaviləsi var.