"Real Madrid" yaxın saatlarda yeni baş məşqçisini açıqlayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb. "Kral klubu" 2013-2015-ci illərdə komandanı çalışdırmış Karlo Ançelottini gətirmək istəyir. Rəhbərlik 61 yaşlı mütəxəssislə danışıqlara başlayıb, razılıq əldə ediləcəyi gözlənilir. 

Madrid təmsilçisinin "İnter"in sabiq baş məşqçisi Antonio Konteni istəmədiyi, onunla heç vaxt  əlaqə saxlamadığı bildirilir.

Qeyd edək ki, Karlo Ançelottinin hazırkı komandası "Everton"la 2024-cü ilədək müqaviləsi var. Lakin iatliyalı mütəxəssisin "Real"a görə müqaviləsinə xitam verəcəyi gözlənilir.