"Real"la yollarını ayıran Zinədin Zidan "AS" nəşri vasitəsilə azarkeşlərinə məktub ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis rəhbərlikdən inam və dəstək görmədiyi üçün klubdan ayrıldığını açıqlayıb:

"Əziz "Real Madrid" azarkeşləri, 

"Real"a gəlib ağ rəngli formanı geyindiyim gündən mənə sevgi bəsləmisiniz. Həmişə hiss eləmişəm ki, aramızda xüsusi bağ olub. Bu klubun həm futbolçusu, həm də oyunçusu olmaqdan başqa, böyük azarkeşi olmuşam. Buna görə də sizə məktub yazaraq vidalaşmaq və gedişimin səbəbini açıqlamaq qərarına gəldim.

İlk gedişimdən 8 ay sonra 2019-cu ilin martında "Real"a geri dönmək təklifi aldım. Təbii ki, Florentino Peres xahiş etdi, amma sizlər hər gün geri qayıtmağım üçün mənə xahişlər ünvanlayırdınız. Küçədə azarkeşlərimdən biri ilə qarşılaşsam, sizin dəstəyiniz və komandaya qayıtmağımı nə qədər arzuladığınızı hiss edirdim. Bu klubla eyni dəyərləri bölüşürəm: "Real Madrid" klub nümayəndələrinə, azarkeşlərə və bütün dünyaya məxsusdur. Həyatım boyu bu dəyərləri düzgün yerinə yetirməyə çalışdım. 20 il boyunca "Real"da olmaq həyatımda başıma gələn ən gözəl şeydir. 2001-ci ildə mənim üçün savaşaraq bu kluba gətirdiyi üçün Florentino Peresə borcluyam, həmin zaman çox adamlar qarşı idi. Səmimi qəlbdən hər zaman deyəcəyəm ki, buna görə klub prezidentinə həmişə minnətdar olacam. Həmişə.

Klubdan ayrılmaq qərarına gəldim, bunu düzgün şəkildə izah etmək istərdim. 2018-ci ilin mayında 2 il yarım ərzində qazandğımız bütün nailiyyətlərdən sonra klubdan ayrıldım. Çünki, yüksək səviyyədə olan komandanın yeni təyinata ehtiyacı olduğunu düşündüm. Hazırda işlər fərqlidir. "Real Madrid"lə vidalaşdım, çünki klubun mənə orta və ya uzunmüddətli bir proyekt qurmaq üçün dəstəyə ehtiyac duyduğuna inamının olmadığını hiss etdim.

Klub tərəfindən çox vacib bir şey unuduldu; hər gün qurduğum, futbolçularla münasibətim, qazandığım şeylər unuduldu. Mən anadanəlmə qazanan biriyəm və buraya qalib gəlmək üçün gəlmişdim. Lakin hər şeydən vacib olan münasibətdir. 

Birlikdə əldə etdiklərimizə hörmət olmasını istəyirəm. Klub və prezidentlə münasibətlərimin digər məşqçilərdən biraz fərqli olmasını istərdim.  İnsan münasibətləri vacibdir, puldan, şöhrətdən və hərşeydən daha vacibdir. Onları bəsləmək lazımdır. Növbəti oyunda qalib gəlməsəm qovulacağam deyə xəbərlər oxuduqca, xəyal qırıqlığı yaşadım.

Bu şayiələr bilərəkdən mediaya sızdırıldı, şübhələr və anlaşılmazlıqlar yaratdı. Xoşbəxtlikdən ölənə qədər yanımda olan bu möhtəşəm futbolçularım var idi. Mənə inandılar və inandığımı bilirdilər. Hər zaman mənə dəstək oldular.

Bütün jurnalistlərə tənqid etmək və mühazirə oxumaq istəmədən, sualların həmişə mübahisələrlə əlaqəli olmamasını, oyun və daha çox oyunçulardan daha çox danışmağını istərdim.

Sevgili Madridistalar, mən hər zaman sizinlə olacam, sizlərdən biri olacam. HALA MADRİD!"