Madrid "Real"ının braziliyalı futbolçusu Marselo komandanı tərk etməyə yaxındır.

 Offsideplus.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi "Fənərbağça"ya transfer edilə bilər.

İspaniyanın "Mundo Deportivo" nəşrinin yazdığına görə, "sarı-lacivərtlilər" "sambaçı"nı heyətinə qatmaq üçün qarşı tərəflə danışıqlara başlayıb və ilkin mərhələdə müsbət nəticə əldə edilib.

Qeyd edək ki, Marselo 2007-ci ildən "kral klubu"nun şərəfini qoruyur.