Zinədin Zidan "Real"dan ayrılıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsinin müddəti başa çatan 48 yaşlı mütəxəssis "Kral klubu"ndan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi bu qərarına görə baş məşqçiyə hörmətini, gördüyü işlərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu Zidanın "Real"ı ikinci tərkedişidir. Fransalı çalışdırıcı 2018-ci ilin yayında da komandadan ayrılmışdı.