Zinədin Zidan "Real Madrid" klubundan ayrılmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano məlumat yayıb. 48 yaşlı mütəxəssis çalışanlarına və futbolçulara klubdan ayrılacağını bildirib. Yaxın saatlarda və ya günlərdə klub tərəfindən rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Fransalı çalışdırıcını əvəzləyəcək əsas namizəd isə Massimiliano Alleqridir. "Kral klubu" mart ayından Alleqri ilə əlaqə saxlasa da, ona "İnter" və "Yuventus" klublarından da təkliflər gəlib.
Qeyd edək ki, bu, Zidanın "Real"dan ikinci gedişidir. O, sonuncu dəfə 2018-ci ilin yayında İspaniya nəhəngi ilə yollarını ayırmaq qərarına gəlmişdi.