İspaniya La Liqasında 2020/21 mövsümünün sonuncu - 38-ci turu start götürür. 

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, sezonun bitməsinə son tur qalmış, gərgin çempionluq yarışı, avrokuboklara vəsiqə qazanma və aşağı liqaya düşmə həyəcanı davam edir.

Geridə qoyduğumuz 37-ci turun bütün qarşılaşmaları eyni gündə oynansa da, bu dəfə 8 matç bu gün, qalan 2-si isə sabah keçirilləcək.

Çempionluq yarışı.

WhatsApp Image 2021 05 21 at 21.59.14 13

Hazırda mübarizə Madridin iki komandası arasında davam edir: "Atletiko" və "Real". 83 xalla turnir cədvəlinə liderlik edən "matrasçılar" "Kral klubu"nu 2 xal qabaqlayır. Belə ki, "Real Valyadolid"lə üzləşəcək "Atletiko" qalib gələcəyi halda çempion olacaq. Lakin bu o qədər də asan olmayacaq. Çünki Dieqo Simenonenin komandası ötən tur "Osasuna"ya Luis Suarezin son dəqiqə qolu qalib gələ bilmişdi (2:1). "Valyadolid"lə oyunun çətin olacağı bəllidir. Belə ki, 19-cu yerdə qərarlaşan komanda La Liqada qalmaq üçün 3 xalın axtarışında olacaq.

WhatsApp Image 2021 05 21 at 21.59.14 6

Madridin digər təmsilçisi "Real" isə çempionluq üçün son dəqiqəyə qədər savaşmağa hazırdır. Ötən tur "Atletik" üzərində 1:0 hesablı qələbə Zinədin Zidanın komandasını titul uğrunda yarışda canlı tutdu. Bu gün saat 20:00-da "Vilyarreal"la üzləşəcək "Real"ın asanlıqla qalib gəlməyəcəyi məlumdur. Çünki turnir cədvəlində 7-ci yerdə qərarlaşan rəqib komandanın Avropa Liqasına vəsiqə qazanması üçün qələbəyə ehtiyacı var.

Beləliklə, titul uğrunda həlledici rol oynayan matçlara çıxan hər 4 komanda meydana qalib gəlmək üçün çıxacaq.

Avropa Liqası və Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə.

WhatsApp Image 2021 05 21 at 21.59.14 10

Turnir cədvəlində ilk "4-lüy"ün  yeri artıq çoxdan rəsmiləşib: "Atletiko" birinci (83 xal), "Real" ikinci (81 xal), "Barselona" üçüncü (76 xal), "Sevilya" isə 4-cüdür (74). Əndəlüs təmsilçisi ən yaxın izləyicisi "Real Sosyedad"ı 15 xal qabaqladığından, yerdə qalan komandaların TOP-4-ə qalxmaq şansı 0-dır. Əvəzində bu "4-lük"dən sonra gələn 3 komanda - "Real Sosyedad" (59 xal), "Real Betis" (58 xal) və "Vilyarreal" (58 xal) amansız mübarizə içərisindədir. Belə ki, 5-ci və 6-cı yerin sahibləri UEFA Avropa Liqasına, 7-ci yerdə qərarlaşan komanda isə Konfrans Liqasına vəsiqə qazanacaq.

WhatsApp Image 2021 05 21 at 21.59.14

Bundan əlavə, fərqli ssenarinin reallaşması da mümkündür. Belə ki, "Vilyarreal" mayın 26-da Avropa Liqasının finalında "Mançester Yunayted"ə qalib gələrsə, gələn mövsüm birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq. Bu halda, "Sarı Sualtı Qayıq" turnir cədvəlini 7-ci bitirsə, Konfrans Liqasında İspaniya klublarından heç biri iştirak etməyəcək. İşdir, "Vilyarreal" 5-ci və ya 6-cı yerdə qərarlaşarsa, bir klub Avroliqaya, 7-ci yeri tutan komanda isə avtomatik olaraq Konfrans Liqasına yollanacaq.

La Liqanı tərk etmək həyəcanı.

WhatsApp Image 2021 05 21 at 21.59.14 2

İspaniyanın TOP liqasını tərk etdiyini rəsmiləşdirən "Eybar"dan əlavə, daha üç klub təhlükəli zonadadır: "Hueska" (33 xal), "Elçe" (33 xal) və "Valyadolid" (31 xal).  "Hueska" klubu 33 xalla təhlükədən uzaqda olsa da, son turda "Valensiya"ya uduzsa, işini çətinə salacaq. Hazırda La Liqanı tərk edirmiş kimi görünən "Elçe" və "Valyadolid" sabah saat 20:00-da baş tutacaq oyunlarda qalib gəlməli, "Hueska"nın isə uduzmağına ümid etməlidirlər. 

İstənilən halda, La Liqada ilk pillədəkilərdən tutmuş axırıncı komandalar arasında 22-23 may tarixlərində keçiriləcək mövsümün son turunun oyunları bir-birindən maraqlı olacaq!