"Barselona" "Atletiko"nun futbolçusu Joao Feliksi heyətinə qatmağı planlaşdırır.
Offsideplus.az "TV3"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı forvardın qarşılığında "Atletiko"ya Antuan Qrizmannı təklif edir. Hər iki futbolçunun maaşları eyni məbləğ olduğu üçün İspaniya klubları transfer mübadiləsini maliyyə cəhətdən uyğun görür.
Qeyd edək ki, daha öncə "matrasçılar"ın baş məşqçisi Dieqo Simeone Feliksin komandada aparıcı rol oynadığını dilə gətirmişdi. Portuqaliyalı gənc bu mövsüm 30 oyuna çıxıb, 7 qol vurub və 6 assistlə yadda qalıb.