İspaniya La Liqasının 37-ci turunda "Barselona" "Selta Viqo"nu qəbul edib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi doğma meydanda 1:2 hesabı ilə uduzub. Bununla da, "Barselona" sona bir tur qalmış çempionluq şansını itirib. 

Qeyd edək ki, "Atletiko" 83 xalla birinci, "Real Madrid" 81 xalla ikincidir. "Barsa" isə 76 xalla üçüncü pillədə qərarlaşıb.

Oyunun icmalını təqdim edirik:

"Barselona" - "Selta" 1:2 (L.Messi, 28. - S.Mina, 38, 89.)