Hazırda “Real Madrid Kastilya”nı çalışdıran Raul Qonzales "Kral klubu" barədə açıqlama verib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Zinədin Zidanın yerinə gələcək namizədlər arasındadır. Raul "Real"ın baş məşqçisi olacağı ilə bağlı suallara berlə cavab verib:
"Əsas komandanın başına keçmək? Bura mənim evimdir və olmaq istədiyim yerdir. Mən bu klubun adamıyam. Məşqçi oldum ki, burada, evimdə olum. Amma hələ ki, gələcək barədə danışmaq üçün doğru zaman deyil".
Qeyd edək ki, 2020/21 mövsümünün sonunda Zinədin Zidanın "Real"da ayrılacağı gözlənilir. 48 yaşlı fransalı çalışdırıcı bu barədə futbolçuları ilə danışıb və məlumat verib.