Zinədin Zidan ötən həftə "Sevilya" ilə matçdan (2:2) sonra futbolçularına gedəcəyi tarixi açıqlayıb.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis 2020/21 mövsümünün sonunda "Real"ı tərk edəcək. O, bu barədə paltardəyişmə otağında futbolçularına məlumat verib.
Qeyd edək ki, bu, Zidanın "Real"dan ikinci gedişidir. Fransalı çalışdırıcı ilk dəfə 2018-ci ildə klubdan ayrılmışdı.