"Real"ın baş məşqçisi Zinədin Zidan sabah "Atletik"lə baş tutacaq oyundan əvvəl mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis çətin mövsümün öhdəsindən yaxşı gəldiyi üçün komandası ilə qürur duyduğunu açıqlayıb:
"Bu gün komandamla qürur duyuram, çünki çoxlu çətinliklər yaşadıq. Buna görə bu il ortaya qoyduğumuz işdən qürur duyuram".
Zidan "Qranada" ilə oyunu buraxan Marselonun sabahkı oyuna hazır olacağını açıqlayıb:
"Sabah oynayacaq, artıq heç bir zədəsi yoxdur".
Qeyd edək ki, "Atletik" - "Real Madrid" matçı sabah Bakı vatxı ilə saat 20:30-da başlayacaq.