Madrid "Real"ının futbolçusu Toni Kroos karantinə alınıb.

Offsideplus.az xəbər verir ki, buna onun koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub. Alman yarımmüdafiəçinin koronavirus testi isə mənfi çıxıb.

Futbolçunun karantin müddəti barədə məlumat verilməyib.