Ronald Kuman həmyerlisindən - Niderland millisinin üzvündən əl çəkmir.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, klub rəhbərliyi Lionel Messinin təklifi əsasında Serxio Aqueronu komandaya cəlb etmək istəsə də, baş məşqçi Memfis Depayın tramsferində israrlıdır. Klub başbilənlərinin fikrincə, 27 yaşlı forvard Fransadakı məhsuldarlığını İspaniyada nümayiş etdirə bilməyəcək. Kumansa Depayın uğurlu olacağına əminliyini bildirir. Odur ki, klub rəhbərliyi ilə baş məşqçi arasında hücumçu məsələsində fikir ayrılığı yaranıb.

Qeyd edək ki, "Lion"un forvardı cari mövsümdə Liqa 1-də meydana çıxdığı 35 qarşılaşmada 19 qol vurub.