İspaniya La Liqasının 34-cü turunda "Barselona" "Valensiya"nın qonağı olub.

 Offsideplus.az xəbər verir ki, gərgin heçən matçın ilk hissəsində hesab açılmayıb, ikinci hissədə isə 5 qol vurulub. Lionel Messi 69-cu dəqiqədə cərimə zərbəsindən baxımlı qol vurub. "Yarasalar"ın yarımmüdafiəçisi Karlos Soler 83-cü dəqiqədə uzaq məsfadən möhtəşəm qol vurub.

2:3 hesabı ilə başa çatan səfər oyunundan "Barselona" 3 xalla qayıdıb. 

Qeyd edək ki, turnir cədvəlinə 76 xalla "Atletiko" liderlik edir. "Real" və "Barselona" hərəyə 74 xal yığaraq 2-ci və 3-cü pillələri bölüşürlər.

"Valensiya" - "Barselona" 2:3 (Q.Polista, 49. K.Soler, 83. - L.Messi, 58, 69. A.Qrizmann, 63.)