"Real" Luka Modriç ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres açıqlayıb. Anlaşmanın şərtlərini açıqlamasa da, 74 yaşlı mütəxəssis Serxio Ramosun da komandada qalacağına ümid etdiyini bildirib. 

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.