"Real"ın və Avropa Super Liqasının prezidenti Florentino Peres turnirin son durumu barədə açıqlama verib.
Offsideplus.az "El Larguero"ya istinadən xəbər verir ki, 74 yaşlı funksioner Super Liqanın dağılmadığını, bu layihənin gələcəkdə davam edəcəyini bildirib:
"Çox kədərləndim və xəyal qırıqlığı yaşadım. 3 ilə yaxındır ki, bu layihə üzərində işləyirdik, bəlkə də düzgün izah edə bilməmişik. Çempionlar Liqasının formatı artıq köhnəlib. Kimsə bizə yeni format verməlidir ki, çoxlu gəlir əldə edək. Çoxlu pul qazanmasaq, hər şey məhv olacaq.
UEFA-nın prezidenti və başqa ölkəlrdəki futbol qurumları tərəfindən belə aqresiya heç vaxt görməmişdim. 20 ildir ki, futboldayam, amma heç vaxt belə təhdidlərə rast gəlməmişəm. Sanki kimisə və ya futbolu öldürmüşük. Əsl istədiyimiz futbolu xilas etmək idi".
Layihə üzərində işləyəcəyik. 12 təsisçi klubun hamısı eyni müqavilələri imzalayıb. Heç bir klub Super Liqanı tərk etdiyi üçün təzminat ödəməyib. Rəsmi olaraq hələ heç kim çıxmayıb. Düşünürəm ki, İngiltərədəki altı klubdan biri bu layihədən əmin deyildi. Məhz bu məqam qalan komandalar üçün yoluxucu oldu.
Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid"dən başqa 10 klub Superliqadan ayrıldığını açıqlayıb.