Müasir dünya futbolunun ulduzu Lionel Messi növbəti dəfə xeyirxah əməllə yadda qalıb.
"Barselona"lı Cənubi Amerikada top qovan futbolçulara COVİD-19-la mübarizə üçün 50 min ədəd vaksin dozası göndərib.
Offsideplus.az xəbər verir ki, bu, Messinin "Sinovac" rəhbərliyinə üzərində imzası olan 3 ədəd geyim dəsti göndərməsindən sonra baş verib. Belə ki, Çinin dərman şirkətinin rəhbərləri ulduz futbolçunun borcundan çıxmaq üçün ona 50 min ədəd vaksin dozası göndərib. Messi isə həmin vaksinləri Cənubi Amerikadakı futbolçulara yollayıb ki, yayda Argentina ilə Kolumbiyada keçiriləcək Amerika kubokuna qədər problem qalmasın. Lionel bununla həm də dogər həmkarlarını səxavətli olmağa səsləyib.
Qeyd edək ki, ötən il keçirilməli olan yarış bu ilin 13 iyun - 10 iyul aralığında baş tutmalıdır.