Ötən həftəsonu baş tutan "El Klasiko"dan sonra maraqlı fakt ortaya çıxıb. 

Offsideplus.az "La Galerna"ya istinadla xəbər verir ki,"Barselona" rəhbərliyi Ronald Kumanın oyunsonrası fikirlərinin geniş kütləyə çatdırılması üçün pul xərcləyib. Belə ki, klubun "tvitter" səhifəsində yer alan Kumanın fikirlərinin daha çox adamın görməsi üçün klub rəhbərliyi bu platformaya pul ödəyib.

Səhifədə ödənişli xəbərlər yer alanda bu barədə məlumat verilir ki, həmin tvit altında reklam bildirişi yer alıb.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşmasından sonra Kataloniya təmsilçisi hakim Xesus Hil Mansanonun idarəçiliyindən narazı qalmışdı.