İspaniya La Liqası klubu "Real Betis" azarkeşlərinə eksklüziv üzvlük kartı təqdim edir.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, Sevilya təmsilçisi dünyanın dörd bir yanından olan tərəfdarlarına "Soy Betico" adlı karta abunə olmağa dəvət edir.

30 avro dəyərində olan paket, azarkeşlərlə klub arasında körpü yaratmağa kömək edir. Belə ki, "Betis"in təqdim etdiyi paketə ilkin olaraq, kart, özəl maska, klubun tarixi haqqında kitabça daxildir. Bundan əlavə, azarkeşlərin gələcəkdə stadionlara buraxılması halında, bu kart sayəsində çempionat və ya kubok matçlarına, "Betis"in qadın futbolu, aşağı yaş qruplarının oyunları, basketbol və ya futzal oyunlarına yarı qiymətə bilet əldə etmək mümkün olacaq. 

Əldə edilən paket sayəsində ad gününüzdə futbolçulardan xüsusi tərbik almağınız da mümkündür.

Qeyd edək ki, klub artıq 3000-ə yaxın abunəlik əldə edib.