Futbol üzrə İspaniya 2-ci liqasının 34-cü turunda "Albasete" "Malaqa"nın qonağı olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi komanda oyundan məğlub ayrılıb: 0:2. Meydana start heyətdə çıxan İsrafilov, 57-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Albasete” 34 oyuna topladığı 29 xalla 22 komanda arasında sonuncudur.