"Barselona"nın argentinalı ulduzu Lionel Messi həm klub, həm də İspaniya La Liqası tarixinin bir çox rekordlarını əlində saxlayır.

Offsideplus.az La Liqa-ya istinadən 33 yaşlı hücumçunun bu gün baş tutacaq "El Klasiko"ya hansı rekordlarla yollandığını sizlərə təqdim edir.

Messinin bu qədər rekorda sahib olması anlaşılandır. Çünki tarixdə dünyanın ən yaxşı oyunçusu adına ən çox - 6 dəfə  "Qızıl Top"u qazanan (2009, 2010, 2011, 2012, 2015 və 2019) yeganə futbolçudur. Bundan əlavə, "Barselona"nın ulduzu Avropa liqalarında ən çox qol vuran futbolçulara verilən "Qızıl buts" mükafatını 6 dəfə ( 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18 və 2018/19), "Piçiçi" mükafatını isə 8 dəfə qazanmaqla, rekord qırıb.

2012-ci ilin yanvar ayından dekabrına qədər 96 qol vuran Leo, tarixdə tayı bərabəri olmayan göstəriciyə nail oldu. "Barselona" ilə 84, Argentina millisi ilə 12 qola imza atan Messi bir il ərzində ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, ulduz futbolçu ardıcıl 10 mövsüm 40-dan çox qol vuran tək futbolçudur. 

WhatsApp Image 2021 04 10 at 22.11.20 1

Messinin "El Klasiko"da qırdığı rekordlar.

Mövsümün ikinci "El Klasiko"sunun başlamağına saatlar qalmış, Leo "Kral klubu"nun qapısından keçirdiyi 26 qola yenilərini əlavə etmək arzusunda olacaq. O, qollardan 18-ni La Liqada, 2-ni Çempionlar Liqasında, 6-nı isə İspaniya Super Kubokunda vurub. Bundan əlavə, Messi "Real"a qarşı 44 oyuna çıxaraq, "Barselona" tarixində bu komandaya qarşı ən çox oynamış futbolçudur. 

Bütün rekordlar bununla da bitmir. Belə ki, mart ayının sonunda "Real Sosyedad"la (6-1) 768-ci matçına çıxan Messi, "Barselona"nın əfsanəsi Xavi Hernandesin rekordunu qıraraq, klub tarixində ən çox oyun keçirmiş futbolçu olub. Argetinalı ulduz Kataloniya təmsilçisində 1950-ci ildən bəri ən çox qol vuran Sezar Rodrigezin 232 qollu rekordunu da geridə qoyub. Hazırda 663 qola imza atan Leo, Pelenin klub tarixində vurulan ən çox qol rekordunu (643) belə keçib.

WhatsApp Image 2021 04 10 at 22.11.20 4

 34 yaşlı hücumçu "Barselona"da rekordları əlində cəmləşdirməklə qalmır, eyni zamanda La Liqa rekordlarını qırmaq üzrə də ilk pillələrdədir. 

2021-ci ilin mart ayına qədər La Liqada 467 qol vuran Messi, ikinci yerdəki Kriştiano Ronaldonu (311 qol) xeyli qabaqlayıb. Messi İspaniya Çempionatında qələbə sayına görə (379), "Real"ın əfsanəsi İker Kasilyası geridə qoyub. 

Qeyd edək ki, "Real" bu gün Bakı vaxtı ilə saat 23:00-da "Barselona" ilə qarşılaşacaq.

 

WhatsApp Image 2021 04 10 at 22.11.20 5

 

WhatsApp Image 2021 04 10 at 22.11.20 6