"Barselona" klubunun futbolçusu Jerar Pike La Liqanın 30-cu turunda "Real"la oyunu buraxa bilər.

Offsideplus.az xəbər verir ki,  müdafiəçi komanda ilə ümumi məşqlərdə iştirak etməsinə baxmayaraq, hələ də dizində ağrılar hiss edir. Buna görə onun "El Klasiko"da oynaması mümkünsüz hesab edilir. 

Qeyd edək ki, aprelin 10-u keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.