İspaniya Kral Futbol Federasiyası La Liqanın 29-cu turunda "Kadiz" - "Valensiya" matçında baş verənlərlə bağlı intizam işi açıb.

Offsideplus.az xəbər verir ki, buna görüşün ilk hissəsinin 25 dəqiqə dayanması səbəb olub.

"Valensiya"nın futbolçusu Muktar Dyakabi "Kadis"də çıxış edən Xuan Kala tərəfindən irqçiliyə məruz qaldığını söyləyib. Dyakabinin ardınca komanda yoldaşları da hadisədən sonra meydanı tərk ediblər.