Uruqvay millisi və "Atletiko"nun futbolçusu Luis Suarez zədələnib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu komandanın məşq zamanı xəsarət alıb. Hazırlıq prosesini yarımçıq dayandıran Suarezin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Suarez bu mövsüm La Liqada 26 matçda 19 qol vurub və 2 qolun ötürməsini verib.