2011-ci ilin 3 aprelində "Atletiko" azarkeşləri Dieqo Forlan və Serxio Aqueronun "Osasuna" ilə oyuna çıxmamasından narahat idilər.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, "Osasuna" - "Atletiko" matçının 31-ci dəqiqəsində ilk qolu ev sahibləri vursa da, 8 dəqiqə sonra Dieqo Kosta bərabərlik qoluna imza atır. 60 və 63-cü dəqiqələrdə də fərqlənən 22 forvard La Liqada ilk dəfə het-trik edir. "Atletiko"nun qələbə qollarını vuran Kosta komanda yoldaşları ilə 2:3 hesablı qələbəyə sevinir.
Bu het-trik Dieqo Kostanın sürəti və gücü ilə sonrakı 10 ildə La Liqada oynayan rəqiblərin canına qorxu salacağının hələ başlanğıcı idi...