"Real" yaxından maraqlandığı futbolçu Pau Torres üçün "Mançester Yunayted"in hərəkətə keçməsini bəyənməyib.

Offsideplus.az "El Desmarque"yə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 24 yaşlı müdafiəçini heyətinə qatmaq istəməsi "Kral klubu"nun prezidenti Florentino Perezi hirsləndirib. Belə ki, "Real" komandanın kapitanı Serxio Ramosu "Viyarreal"ın futbolçusu ilə əvəzləməyi planlaşdırır.

Digər tərəfdən isə baş məşqçi Ole Qunnar Sulşer Torresi kapitan Harri Maquayr üçün layiqli müdafiə ortağı kimi görür. 

Qeyd edək ki, 2024-cü ilə qədər La Liqa klubu ilə müqaviləsi olan Pau Torres 60 milyon avro satış dəyərinə malikdir.