Hazırda yenidənqurması davam edən "Santyaqo Bernabeu" stadionunda maraqlı görüntülər sosial şəbəkələrdə viral olub.

 Offsideplus.az xəbər verir ki, "Real"ın stadionunda bir neçə pinqvin görüntülənib. Canlıların ora necə düşdüyü hələ ki, bilinmir.

Qeyd edək ki, "Santyaqo Bernabeu"da aparılan təmir işləri səbəbindən "Kral klubu" ev oyunlarını digər stadionu "Alfredo Di Stefano"da keçirir.