"Atletiko"nun qapıçısı Yan Oblak ən bahalı futbolçu statusuna yiyələnib.
Offsideplus.az xəbər verir ki, sloveniyalı qolkiperin ünlü "transfermarkt"dəki bugünkü dəyəri 90 milyon avrodur. O, bu göstəricidə hazırda La Liqada top qovan futbolçular arasında ən bahalı futbolçuya çevrilib. Yaxın müddətə qədər dəyəri 100 milyon avro olan Joao Feliksin transferin qiymətinin 80 milyona düşməsi Oblakın zirvəyə yüksəlməsi ilə nəticələnib. İndi 28 yaşlı qapıçı Felikslə yanaşı, Ansu Fati, Frenki de Yonq və Lionel Messini qabaqlayır. "Barsa"lıların dəyəri də 80 milyondur.
Qeyd edək ki, "transfermarkt" saytı yaranan gündən ilk dəfədir ki, qapıçının transfer qiyməti sahə oyunçularının dəyərindən baha olur. Ümumiyyətlə, "böyük beşlik"də belə hal yaşanmayıb.