"Barselona"nın baş məşqçisi Ronald Kuman "Real Sosyedad"la oyundan sonra (1:6) fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, dünən 58 yaşını qeyd edən niderlandlı mütəxəssis qələbənin onun üçün ad günü hədiyyəsi olduğunu deyib:

"Bütün oyunlar çətin keçir. Biz və həmçinin "Atletiko" və "Real" üçün də. Mövsümün sonunadək daha da həyəcanlı olacaq. Ümid edirəm ki, bütün oyunçular fasilədən zədəsiz qayıdarlar. Onlar mənə, habelə Alba və Qrizmanna ən yaxşı ad günü hədiyyəsi verdilər".