"Liverpul"un yarımmüdafiəçisi Corcinyo Veynaldum yayda azad agent kimi "Barselona"ya keçid edə bilər.

Offsideplus.az "The Times"a istinadən xəbər verir ki, Katalan klubunun rəhbərliyi və niderlandlı futbolçu ilkin razılığa gəlib. "Barselona" 30 yaşlı yarımmüdafiəçini keçən il heyətinə qatmaq istəsə də, maliyyə problemləri səbəbindən transfer baş tutmamışdı. Oktyabr ayında baş məşqçi Ronald Kuman yerlisi Veynaldumun komandaya verə biləcəyi  töhfələrdən ağız dolusu danışmışdı.

Qeyd edək ki, "Liverpul"la müqaviləsi bu yay başa çatan Corcinyo Veynaldumun keçidi baş tutarsa, bu, klubun prezidenti Xuan Laportanın ilk transferi olacaq.