Xuan Laportanın yenidən prezident seçilməsindən sonra əsas suallardan biri cavabını tapıb.
Laportaya inanan və onunla əməkdaşlıqda maraqlı olan Lionel Messi "Barselona"nı tərk etməyəcək. "10 nömrə" başqana azı 2023-cü ilə qədər komandada qalacağına dair söz verib. Lakin Laportadan xahişi var.
Offsideplus.az "Eurosport"a istinadla xəbər verir ki, Leo hücum xəttindəki boşluğun aradan qaldırıması üçün Serxio Aqueronun "Barsa"ya gətirilməsini istəyib. Uzun illərin dostları olan Messi ilə Aqueronun eyni komandada oynaması Kataloniya təmsilçisinə böyük fayda vermiş olar. Laporta da bunun fərqindədir. Odur ki, Serxionun transferi üçün əlindən gəldiyini edəcəyini bildirib.
Aqueronun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2021-in sonuna qədərdir. Lakin ingilislər yayda onu müəyyən məbləğ qarşılığında satmaqda maraqlıdır. Hətta Pep Qvardiola da Aqueroya özünə yeni komanda tapmasının məqsədəuyğun olduğunu eşitdirib. Əsas problem maliyyə sıxıntısı olan "Barsa"nın tramsferə görə ingilislərə tələb olunan pulu ödəyə bilməməsidir. Belədə işə Aqueronun özü qarışmalı, azad agent statusuna sahib olmalıdır.
Bu baş verəcəyi halda, Serxio "Barsa"da İngiltərədə qazandığı qədər - ilinə 15 milyon avro ala bilməyəcək. Laporta Messinin vasitəsi ilə dostunu 10 milyon avroya oynamağa razı salmalıdır. Auqeronun bu məbləğə oynamağa razı olacağı deyilir. Qısası, ən qısa müddətdə Serio Aqueronun "Barselona"yla ilkin müqaviləyə imza atdığını eşitsəniz, təəccüblənməyin.